FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirib
Fövqəladə Hallar Nazirliyi ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə əhali arasında kütləvi maarifləndirmə tədbirlərini səlahiyyətləri daxilində davam etdirir.
Adalet.az xəbər verir ki, bu çərçivədə, oktyabrın 10-da FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı, “Bakı Metropoliteni” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “BakuBus” MMC və “PASHA Malls” şirkətinin dəstəyi ilə Bakı şəhərinin ən sıx nəqliyyat və piyada qovşaqlarından biri olan metronun “28 May” stansiyasının ətrafındakı ərazidə bir sıra mühüm obyektlərdə yanğın təhlükəsizliyi üzrə genişmiqyaslı maarifləndirmə aksiyası keçirilib.
Tədbir zamanı Xidmətin əməkdaşları tərəfdaş qurumların nümayəndələri ilə birgə ərazidən, ictimai nəqliyyatdan və ticarət obyektlərindən istifadə edən vətəndaşlarla profilaktik söhbətlər aparıb, vətəndaşlara vacib təhlükəsizlik qaydaları barədə məlumat veriblər.
Profilaktik söhbətlər zamanı metro, qatar və avtobuslarda, nəqliyyat qovşaqlarında, həmçinin ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinin, təxliyə yolları və keçidlərin boş saxlanılmasının, məişətdə və ictimai məkanlarda elektrik və qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi vətəndaşlara, o cümlədən müəssisələrin məsul əməkdaşlarına izah edilib.
Bununla yanaşı, gün ərzində “28 May” stansiyasının qarşısındakı ərazidə, metro stansiyasının və dəmir yolu vağzalının giriş-çıxışlarında, “BakuBus” avtobus dayanacaqlarında, habelə yaxınlıqdakı ticarət mərkəzlərinin, nəqliyyat obyektlərinin daxili və xarici monitorlarında məişətdə, ticarət müəssisələrində və nəqliyyatda yanğın təhlükəsizliyi qaydalarını, elektrik və qaz şəbəkələrinin təhlükəsiz istismarını əks etdirən videoçarxlar nümayiş etdirilib.
Həmçinin, tədbir çərçivəsində vətəndaşlara yanğın təhlükəsizliyi və fövqəladə hallar zamanı davranış qaydalarını özündə əks etdirən maarifləndirici buklet və broşürlər paylanılıb.
Fövqəladə Hallar Nazirliyi bir daha əhalini məişətdə, ictimai nəqliyyatda və insanların kütləvi toplaşdığı məkanlarada yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Digər Xəbərlər
10 Oktyabr 2026 16:36
İlham Əliyev Kadırovla birgə nahar edib - FOTOLAR
10 Oktyabr 2026 16:16
Prezident Ramzan Kadırovla “Ağ Şəhər”də - FOTOLAR
10 Oktyabr 2026 15:46
İlham Əliyev Kadırovu qəbul etdi - FOTOLAR
10 Oktyabr 2026 13:56


Bakı -°C

