Şahbaz Şərif İlham Əliyevdən “ASAN xidmət”lə bağlı dəstək istədi
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın “ASAN xidmət” modelinin ölkəsinin digər bölgələrində də tətbiqi üçün dəstək istəyib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistanın Baş naziri arasında bu gün baş tutan telefon danışığı zamanı bildirilib.
Şahbaz Şərif İslamabadda Azərbaycanın “ASAN xidmət” modeli əsasında yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu ifadə edib və təcrübənin Pakistanın digər bölgələrində də tətbiqi üçün Azərbaycanın dəstəyini xahiş edib.
Prezident İlham Əliyev bu istiqamətdə lazımi dəstəyin göstərilməsinə razılığını bildirib.
Pakistanın Baş naziri dövlət başçısına təşəkkür edərək, Azərbaycanın dəstəyini iki ölkə arasında dostluq və həmrəyliyin növbəti bariz nümunəsi kimi qiymətləndirib.
Digər Xəbərlər
10 Oktyabr 2026 16:10
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
10 Oktyabr 2026 15:54
Kadırov Prezidentlə AZAL-ın qəzaya düşən təyyarəsindən danışdı - “Ortaq kədərimizdir”
10 Oktyabr 2026 14:01
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
10 Oktyabr 2026 12:36
Azərbaycanda LGBT-nin təbliğatını qadağan edən qanun qəbul olunur
10 Oktyabr 2026 12:35
“Tramp mövcud siyasəti ilə nə İran, nə də Ukrayna problemini həll edə biləcək”
10 Oktyabr 2026 11:46
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına - MÜRACİƏT
10 Oktyabr 2026 11:34
MDB regional və beynəlxalq siyasi çağırışlara cavab vermir – Politoloq
10 Oktyabr 2026 10:57


Bakı -°C

