İlham Əliyev Kambocanın Baş nazirini qarşıladı - FOTOLAR
Oktyabrın 12-də Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi olub.
Adalet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Kambocanın Baş nazirinə raport verdi.
Kamboca Krallığının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Kambocanın Baş naziri Hun Manetin qarşısından keçdi.
Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Hun Manetə, Kamboca nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.
Digər Xəbərlər
12 Noyabr 2026 13:34
"Təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir" - Sədr müavini
12 Noyabr 2026 12:20
"Məktəblərdə vahid geyim formasının tətbiqi bir daha təsdiqlədi ki..." - Fazil Mustafa
12 Noyabr 2026 11:39
“Bu fon Ermənistan üzərində əlavə vaxt təzyiqi yaradır”
12 Noyabr 2026 11:29
“Tarix çətinliklərdən qorxmayanların, Zəfər milli iradəsinə sahib çıxanların əsəridir”
12 Noyabr 2026 11:17
Cavanşir Feyziyev: “COP-31 Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır”
12 Noyabr 2026 11:03
“Hindistan Rusiyanın ucuz neftindən imtina etmək istəmir”
12 Noyabr 2026 10:03
Bakı dünya liderlərini qəbul edəcək: Azərbaycanın yeni diplomatik hədəfləri
12 Noyabr 2026 09:13


Bakı -°C

