Çeçenistan rəhbəri Ramzan Kadırov Azərbaycana niyə gəlib?
“Ramzan Kadırov bundan əvvəl Azərbaycana 2018-ci ildə səfər etmişdi. Bu şəxs keçmiş illərdə ölkəmizin ünvanına xoş olmayan sözlər deyib və cavabını da alıb. Elə 2024-cü ilin dekabrında Rusiya səmasında Bakı-Qroznı təyyarəsi raketlə vurulduqdan sonra da onun bu haqda açıqlaması normal deyildi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Ancaq Kadırov Prezident İlham Əliyevlə bu dəfəki görüşündə təyyarəmizin “qəzaya uğramasıyla” əlaqədar öz adından, bütün çeçen xalqı adından dərin hüznlə başsağlığı verib. “Bu, bizim ortaq kədərimizdir” deyən Kadırov qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşdüyünü və həlak olanların hamısının ruhuna dualar etdiyini bildirib. Kadırovun Azərbaycan Prezidentinə müraciətində “xalqınızı Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istərdim. Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək” cümləsi də diqqət çəkicidir. Ramzan Kadırov İlham Əliyevlə birgə “Ağ Şəhər”də olublar. Fikrimcə, bu səfər və Kadıvorun “Ağ şəhərlə” tanışlığı onu deməyə əsas verir ki, Çeçenistanın Azərbaycanın yatırımlarına ehtiyacı var”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Oktyabr 2026 11:47
“Doğrudanmı siyasətdə əxlaq yoxdur?”
12 Oktyabr 2026 11:43
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident
12 Oktyabr 2026 11:38
Prezidentin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
12 Oktyabr 2026 11:37
"Süni intellektin inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir" - İlham Əliyev
12 Oktyabr 2026 11:36
"Türk xalqlarının mədəni irsinin qorunması fəaliyyətimizin aparıcı istiqamətlərindəndir" - Dövlət başçısı
12 Oktyabr 2026 11:35
"Azərbaycan Türk dünyasının birləşməsi naminə bütün səylərini səfərbər edib" - İlham Əliyev
12 Oktyabr 2026 11:34
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü başladı
12 Oktyabr 2026 11:33


Bakı -°C

