adalet.az header logo
  • Bakı -°C
12 Oktyabr 2026 10:38
70
DÜNYA
A- A+

İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı

Bolqarıstandan İtaliyaya gedən tankerdə mühərrik nasazlığı yarandığı üçün İstanbul boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin DHA xəbər agentliyi məlumat yayıb.

“Malta bayrağı altında üzən, 107 metr uzunluğunda olan və kimyəvi maddə daşıyan IVYAN gəmisi hərəkət qabiliyyətini itirərək Kanlıca ərazisində idarəolunmaz şəkildə hərəkət etməyə başlayıb. Nəticədə tanker sahildən cəmi bir neçə metr aralıda dayanıb. Xilasetmə əməliyyatı aparmaq üçün hadisə yerinə Sahil Mühafizəsi qayıqları və bir neçə yedək gəmisi göndərilib”, - məlumatda deyilib.