adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Aprel 2024 09:40
383
DÜNYA

Konservatorlar baş naziri vəzifəsindən kənarlsşdırmaq istəyirlər..?

Financial Times bildirir ki, Böyük Britaninyan hakim Konservatorlar partiyasından olan bir neçə deputat, ölkənin baş naziri Rişi Sunakı vəzifəsində kənarlaşdırmaq üçün ona etimat göstərilməməsi ilə təhdid edirlər.

 Parlamentarilər və keçmiş baş nazirlər Boris Consonun və Liz Trassın tərəfdarları olan keçmiş məmurların bəziləri, yerli şuralara və meriyalara keçirilən seçkilərin nəticələri elan edildikdən sonra, "qeyri stabillik" yaratmaq planı hazırlayırlar. Bildirilir ki, konservatorlar bu seçkilərdə əllərində olan 900 yerdən 500-nü itirə bilərlər.

 Qəzetin məlumatına görə, deputatlar Sunaka etimatsızlıq prosedurlarına başlamağı planlaşdırırlar. Bildirilir ki, bunun üçün xüsusi parlament komitəsinə 52 deputatın müraciət etməsi lazımdır.

 Deputatlardan biri mətbu orqana bildirib ki, "Cəmiyyətin fikri ilə bağlı keçirilən sorğular və foks-qrupun apardığı işin nəticələri göstərir ki, Rişinin gördüyü işlərin heç bir xeyri yoxdur. Sunak siyasətçi deyil, messencerdi. Adamlar sadəcə olaraq bu oğlanı sevmirlər".

  Rüstəm Hacıyev