Könül Nurullayeva: “Yeni Konvensiya alimentlə bağlı problemlərin azalmasına gətirib çıxaracaq”
“Son zamanlar boşanmaların sayı sürətlə artır. Tərəflər arasında çox vaxt boşanma zamanı yaranan əsas mübahisələrdən biri alimentlə bağlıdır.” Milli Məclisin deputatı Könül Nurullayeva “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyasının təsdiq olunması haqqında Qanununa dair fikirlərini bölüşərkən belə deyib. Deputat qanunvericiliyə istinadən bildirib ki, uşağı saxlamaq hər iki valideynin borcudur və hər iki valideynin hüquq və vəzifələri bərabərdir. Maddi vəziyyəti yaxşı olan tərəf digər tərəfə kömək etməlidir: “Lakin valideyn işsiz olduqda boşandıqdan sonra alimentin ödənilməsində çətinliklər yaşanır. Alimentlə bağlı məhkəmə qərarlarının icra edilməməsi, ya da icrasının ləngidilməsi isə ciddi fəsadlar törədir. Çünki uşağın gündəlik yaşamı, böyüməsi, inkişafı, tərbiyəsi, təhsili və s. üçün alimentin vaxtında verilməsi zəruridir. Təəssüf ki, sərt cəza tədbirlərinin tətbiq olunmasına baxmayaraq alimentlə bağlı məhkəmə qərarlarının icra vəziyyətində ciddi problemlər var”.
K.Nurullayeva deyir ki, bu gün Azərbaycan məhkəmələrində alimentlərin verilməməsi ilə bağlı yüzlərlə iş var. Alimentin ödənilməməsi və ya vaxtında ödənilməməsi həmin uşağın həyatında problemlərin meydana çıxması deməkdir. Halbuki hər bir uşağın yaxşı yaşamaq, təhsil almaq hüququ var: “Hazırda aliment ala bilməyən uşaqların sayının çoxluğu onların sosial təminatının yaxşılaşdırılması məsələsini aktuallaşdırır. Alimentlə bağlı Ailə Məcəlləsində müəyyən tələblər qeyd olunsa da, alimentin ödənilməsindən yayınmalara görə qanunvericilikdə məsuliyyət tədbirləri nəzərdə tutulsa da bu problemin həll edilməsində dövlətlərarası əməkdaşlığa zərurət var idi. Çünki alimentin ödənilməsində ən böyük çətinlik yaradan amillərdən biri də məhz aliment ödəməli olan valideynin ölkədən kənarda olması idi. Bu baxımdan “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyasının təsdiq olunması çox uğurlu addım hesab olunmalıdır”.
Qeyd edək ki, Konvensiya uşaqların maraqlarının ən yaxşı şəkildə təmin olunmasını, valideynlərin və uşaqlara görə məsul olan digər şəxslərin öz bacarıqları və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan şəraitin qurulmasını əsas götürür. Eyni zamanda sənəddə uşağın yaşadığı ölkədən kənarda yaşayan valideynlər və uşaqlara görə məsuliyyət daşıyan şəxslər tərəfindən alimentin ödənilməsinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi də nəzərdə tutulur: “Konvensiya uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası üzrə dövlətlər arasında əməkdaşlığın təkmilləşdirilməsini də nəzərdə tutur”. Deputat bu mənada Konvensiyanın təsdiq olunması ilə alimentlə bağlı problemlərin sayında xeyli azalmaların müşahidə olunacağına, uşaqların sosial vəziyyətinin yaxşılaşacağına ümid edir.
Digər Xəbərlər
25 Sentyabr 2026 16:00
Əli Əsədov tacik həmkarı ilə görüşdü
25 Sentyabr 2026 15:56
İşdən çıxarılan icra başçısı nazir təyin edildi
25 Sentyabr 2026 15:52
İlham Əliyev Berdiməhəmmədovu təbrik etdi
25 Sentyabr 2026 15:30
Prezident onları təltif etdi - SƏRƏNCAM
25 Sentyabr 2026 13:22
Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTOLAR
25 Sentyabr 2026 13:17
"Azərbaycanın təbii sərvətlərindən əldə olunacaq gəlirlər..."
25 Sentyabr 2026 13:01
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır"
25 Sentyabr 2026 12:20


Bakı -°C

