MƏMMƏD ARAZ: KÖRPÜLƏNİN, AY TÜRKLƏR,
AZƏRBAYCANI QOYMAYIN TƏKLƏNƏ

Təklikdə çaylaq daşıyam,
Məni qoymayın təklənəm!
Əl dəydi, çaxmaq daşıyam!
Məni qoymayın təklənəm!
Bir dəryadır hər zərrəcik,
Dəm zərrəcik, dərd zərrəcik,
Namərdə də mərd zərrəcik
Dəni qoymayın təklənə!
Dağsız duman yalnız ahdı,
Qara bulud yalqız axdı.
Çən təkləndi - yalquzaqdı,
Çəni qoymayın təklənə!
Xəlbirlənə kaş ömür də,
Boş il düşə boş ömürdən...
Xoş an qalar xoş ömürdən,
Anı qoymayın təklənə!
Yaman çoxalıb bu azlar,
Bu kəndirsiz kəndirbazlar!
Körpülənin, ay Arazlar,
Məni qoymayın təklənəm!
Dekabr, 1980
Digər Xəbərlər

"Sırtıq" - Araz Hüseynov yazır

Ucalıq düsturu

YETİM QALMIŞ OYUNCAQLAR

MƏMMƏD TAHİRİN ŞEİRLƏRİ

“Bu evin ürəyi atam idi...” – Əlisəmid Kürün oğlundan kövrək paylaşım

İki vətəndən biri… - Pərvanə BAYRAMQIZI yazır

Son arzu - Tərlanə Yaqubqızı yazır
