Kreml insanları ayrı-seçkilik etmədən öldürür - Leyen
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Ukraynaya genişmiqyaslı hava zərbəsini kəskin şəkildə pisləyib.
Adalet.az xəbər verir ki, Leyen bu barədə X sosial şəbəkəsində yazıb.
"Dünən axşam saatlarında Rusiya həm hökumət binalarını, həm də yaşayış binalarını hədəf alaraq Ukraynaya ən böyük pilotsuz təyyarə və raket hücumlarından birini həyata keçirib.
Kreml növbəti dəfə diplomatiyaya məhəl qoymur, beynəlxalq hüququ pozur, insanları ayrı-seçkilik etmədən öldürür. Avropa Ukraynanı tam dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.
Biz Ukrayna Silahlı Qüvvələrini gücləndiririk, etibarlı təhlükəsizlik təminatları yaradırıq və Rusiyaya təzyiqi artırmaq üçün sanksiyaları artırırıq. Qətllərə son qoyulmalıdır", - Leyen bildirib.
Digər Xəbərlər
21 Sentyabr 2026 19:52
Özbəkistan Naxçıvan üzərindən Türkiyə limanlarına çıxmaq istəyir
21 Sentyabr 2026 19:26
“Zelenski qorxduğu üçün imtina etdi” - Ukraynada seçki skandalı
21 Sentyabr 2026 13:35
İran Prezidenti də ABŞ-yə gedir
21 Sentyabr 2026 11:45


Bakı -°C

