KTMT-nin növbəti sessiyası gələn il Qırğızıstanda keçiriləcək
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sessiyası 2025-ci ilin dördüncü rübündə Qırğızıstanda keçiriləcək.
Adalet.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov qurumun sessiyasının yekunlarına dair bildirib.
"Biz 2025-ci ildə regional və beynəlxalq vəziyyətə dair ümumi baxışların formalaşdırılması üçün xarici siyasət sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə diqqət yetirmək niyyətindəyik", - S.Japarov qeyd edib.
Qırğızıstan lideri həmçinin vurğulayıb ki, təşkilata sədrlik dövründə diqqət bioloji təhlükəsizliyin təmin edilməsinə, manipulyasiya yolu ilə gəncləri radikallaşmağa sövq edən destruktiv teologiya ilə mübarizəyə yönəldiləcək.
O eyni zamanda hər il kibertəhlükəsizlik üzrə beynəlxalq konfransın keçirilməsini təklif edib.
Digər Xəbərlər
10 Yanvar 2026 19:11
Britaniya XİN İranda etirazçıların öldürülməsini pislədi
10 Yanvar 2026 18:27
"Etirazçılara ölüm cəzası olacaq" - İranın baş prokuroru
10 Yanvar 2026 17:43
Makron Ukraynaya 6000 əsgərin yerləşdirilməsi planını təqdim etdi
10 Yanvar 2026 17:20


Bakı -°C

