Kuleba NATO ölkələrinə çağırış etdi
“NATO ölkələri təcili olaraq silah istehsalını artırmalı, həmçinin müdafiə sənayesinə investisiyaları çoxaltmalıdır”.
Bu fikirləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba çərşənbə axşamı Buxarestdə iki günlük iclas üçün bir araya gələcək NATO xarici işlər nazirlərinin görüşündən əvvəl deyib. Nazirlərin görüşündə məqsəd Ukraynaya dəstəyin artırılması məsələlərinin müzakirəsidir.
“Biz bugünkü döyüşlərdə mübarizə apararkən sabahkı döyüşlərdə necə vuruşacağımızı düşünməliyik”, - deyə Kuleba qeyd edib.
Kulebanın sözlərinə görə, istehsalın artırılması zəruridir, çünki bəzi ölkələr əllərində olan silahları Kiyevə vermək istəmirlər.
“Biz eyni zamanda bir faktı da etiraf etməliyik: dünyada elə ölkələr var ki, Ukraynaya lazım olan şeylərə malikdirlər, lakin siyasi səbəblərə görə bunların kifayət qədər satışını təşkil etmək niyyətində deyillər”, - deyə nazir vurğulayıb.
O həmçinin qeyd edib ki, Ukrayna hakimiyyəti “qeyri-daimi tərəfdaşlar”a daha az etibar etməlidir.
“Onlara güvənmək və Ukraynaya silah tədarükünün zəruriliyinə inandırmaq üçün aylar sərf etmək əvəzinə, istehsala başlamalıyıq. Biz ehtiyatları olan, lakin bunları paylaşmaq istəməyən üçüncü ölkələrin qərarsızlıqlarından asılı olmamalıyıq”, - deyə Kuleba əlavə edib.
Digər Xəbərlər
03 Oktyabr 2026 23:24
Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu
03 Oktyabr 2026 17:30
Tramp: İranın işləri yaxşı getmir
03 Oktyabr 2026 17:15
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
03 Oktyabr 2026 15:10
Britaniyada təhlükəli virus yayılıb
03 Oktyabr 2026 14:33
Pakistan Səudiyyə Ərəbistanına 40 minə yaxın hərbçi göndərdi
03 Oktyabr 2026 13:27
Anatoli Kaşpirovski vəfat etdi
03 Oktyabr 2026 11:30
Bill Qeyts: Bu olsa, ev heyvanları kimi olacağıq
03 Oktyabr 2026 11:29


Bakı -°C

