Kürdəmirdə 63 yaşlı qadın ürəktutmasından ölüb
Kürdəmirdə 63 yaşlı qadın hamam otağında ürəktutmasından dünyasını dəyişib.
Adalet.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən hərbi şəhərcikdə qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Həsənova Elfirida Veysəl qızı hamam otağında yuyunarkən qəfildən halı pisləşib və o, xəstəxanaya çatana qədər yolda dünyasını dəyişib.
Hazırda rayonun hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunub və fakt araşdırılır.
Digər Xəbərlər
28 Oktyabr 2024 12:51