Kürdəxanıda istixanadakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB
Kürdəxanı qəsəbəsindəki obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.
Bu barədə Adalet.az-a FHN-in mətbuat xidmətindən mıəlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 2000 kvadratmetr olan istixana kompleksinin inzibati binası 560 kvadratmetr sahədə yanıb.
İnzibati binanın böyük hissəsi və bitişik tikilmiş istixanalar yanğından mühafizə olunub.
***
11:41
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Adalet.az xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
10:06
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-in Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:04
Bakıda kişi marketdə autizmli uşağının gözü qarşısında arvadını döydü - VİDEO
17 Sentyabr 2026 09:02
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi -YENİLƏNİB
17 Sentyabr 2026 08:51
19 yaşlı Xədicənin ölüm təfərrüatı: Qumbara evə necə gətirilib? – VİDEO
16 Sentyabr 2026 18:01
Avtomobillə toqquşan marşrut avtobusu aşdı - Yaralılar var - VİDEO
16 Sentyabr 2026 17:14
Badamdarda yaşayış binasında partlayış: xəsarət alan var
16 Sentyabr 2026 12:13
Mənzilin qapı zənginə oyanmayan uşağı - Xilasedicilər eyvandan girib oyatdı -VİDEO
16 Sentyabr 2026 11:13
Xınalıq yolunda sürüşmə oldu - VİDEO
15 Sentyabr 2026 17:13


Bakı -°C

