Küsülü həmkarlar barışdılar: “Övladına toy etsə, gələrəm”

Şəxsi həyatı və qalmaqalları ilə gündəm olan Təranə Qumral illərdir küsülü olduğu həmkarı Arzu Mələyə görə efirə zəng edib.
Adalet.az bildirir ki, müğənni həmkarı ilə küsülü olsa da eyni efiri paylaşmaqdan imtina etməyib:
Arzu Mələkə, “Bölüşə bilməyəcəyimiz heç nə yoxdur. Sadəcə illər əvvəl söz-söhbətimiz olub, ondan sonra danışmırıq. Çox adam deyir ki, oxşarlığınız var. Deyirəm insanıq da, olar. Normal haldır. Məclislərdə bir- birmizi görsək də, görməzdən gəlmişik. Baxmayaraq ki, danışmırıq, küsülüyük, ancaq heç bir yerdə onun haqqında mənfi bir kəlmə belə söyləməmişəm”.
Təranə Qumral isə efirə zəng edərək, heç bir problemlərinin olmadığını söyləyib:
“Bizim bir problemimiz yoxdur. Sadəcə ikimiz də eyni salona gedirdik, söz-söhbət ordan qaynaqlandı. Misal üçün Arzu övladına toy edib məni ora dəvət etsə, gələrəm”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər

"Onları ölsəm də bağışlamayacağam" - Xatirə İslam

Nadir Qafarzadə: “Qızların bu hala düşməsində günahkar analardır”

Orxan Lökbatanlı: “Bir-iki il əvvəl klarnet ifası ilə də tərbiyə pozulurdu”

Oğlundan 9 ay sonra vəfat etdi

Nazilə Şəbnəmdən inciyib? - “Məndən şeir alıb, oxumur”

Əminə Şirin: “Bu da onların üzlərinin qaralığı olsun”

Azərbaycanın Uşaq Avroviziya 2025-də təmsilçisinin adı məlum oldu
