Laçında “ASAN Xidmət" və DOST Mərkəzinin fəaliyyətə başlayacaq

Laçında yaxın zamanda “ASAN Xidmət" və DOST Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, bu sözləri Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, yuxarıda adları qeyd olunan qurumların əməkdaşlarının və onların ailə üzvlərinin Laçın ərazisində yaşayışının təmin olunması üzrə bir sıra tədbirlər görülüb:
"Laçında yaxın zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı, Operativ və Sosial Təminat Agentliyinin və “ASAN Xidmət” Mərkəzinin fəaliyyətə başlayacağını da diqqətinizə çatdırmaq istəyirəm. Bu məqsədlə növbəti mərhələdə tikinti prosesinin sürətləndirilməsi nəzərdə tutulur. İşğaldan azad olunan ərazilərin sakinlərinin köçürülməsi prosesinin əvvəlcədən nəzərdə tutulduğu kimi 2026-cı ilə qədər müəyyənləşdirilən prioritetlərə uyğun şəkildə icrası nəzərdə tutulur".
Digər Xəbərlər

"Təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır" - DTX rəisi

Emin Ağalarov: İki həftədən sonra ilk günəş panellərinin quraşdırılmasına başlayacağıq

"Təhdidlərə qarşı xüsusi xidmət orqanları vacib rol oynayır" - Əli Nağıyev

III Bakı Təhlükəsizlik Forumu keçirildi - VİDEO + FOTOLAR

Baş Prokurorluğun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirildi - FOTOLAR + YENİLƏNİB

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - FOTO

"Azərbaycan bütün əsgərləri azad edib" - Muradov
