Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR
Bakıda oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub.
Adalet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Laos Prezidentinə raport verdi.
Laos Xalq Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Laos Prezidenti Thonqlun Sisulitin qarşısından keçdi.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Thonqlun Sisulitə, Laos nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.
Sonda dövlət başçıları rəsmi foto çəkdirdilər.
Digər Xəbərlər
13 Oktyabr 2026 11:42
"Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir" - Dövlət başçısı
13 Oktyabr 2026 11:40
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident
13 Oktyabr 2026 11:34
Liderlər mətbuata bəyanatlarla çıxış edirlər
13 Oktyabr 2026 11:32


Bakı -°C

