Azərbaycan və Qırğızıstan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlir - Deputat
“Bu, sadəcə olaraq iki dövlət arasında növbəti beynəlxalq müqavilənin imzalanması deyil. Bu, Azərbaycan ilə Qırğızıstan arasında mövcud olan qarşılıqlı etimadın, siyasi həmrəyliyin, ortaq maraqların və gələcəyə yönəlmiş siyasi baxışın bariz ifadəsidir”.
Adalet.az xəbər verir ki, bunu deputat Səməd Seyidov Milli Məclisin 13 oktyabr tarixli iclasında “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputatın sözlərinə görə, 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan dövlət başçıları tərəfindən imzalanan müqavilə iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Sənədin əsasını dövlətlərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipi təşkil edir.
Səməd Seyidov xatırladıb ki, 2022-ci il aprelin 20-də Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Hazırda isə münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi istiqamətində mühüm addım atılır:
“Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əlaqələr də inkişaf edir. Qazaxıstanla münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik, Özbəkistanla əlaqələr isə müttəfiqlik və qardaşlıq prinsipləri əsasında qurulub. Tacikistan və Türkmənistanla strateji tərəfdaşlıq münasibətlərinin də möhkəm hüquqi-siyasi əsasları formalaşıb”.
Deputat, həmçinin Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya dövlət başçılarının səkkizinci müşavirə görüşündə iştirakını xatırladaraq bunun Azərbaycanın regionda artan siyasi əhəmiyyətini nümayiş etdirdiyini söyləyib.
Səməd Seyidov hesab edir ki, Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrini daha da gücləndirəcək, Mərkəzi Asiya dövlətləri ilə münasibətləri yeni mərhələyə yüksəldəcək.
O, həmkarlarını qanun layihəsini dəstəkləməyə çağırıb.
Digər Xəbərlər
14 Noyabr 2026 21:10
“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” - VİDEO
14 Noyabr 2026 19:07
Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək
14 Noyabr 2026 19:01
”Bakı və London münasibətləri yeni geosiyasi reallıqlara uyğunlaşdırılıb”
14 Noyabr 2026 11:26
“Prezidentin səfərləri milli maraqlar naminə diplomatiyanın səfərbərliyidir”
14 Noyabr 2026 10:44
“Moskvanın bu cür tələbləri irəli sürməsi onun Ukraynaya qarşı...”
13 Noyabr 2026 18:29
Prezidentlə xanımının İrlandiya səfəri BAŞA ÇATDI - VİDEO
13 Noyabr 2026 17:13
Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlandı
13 Noyabr 2026 12:57


Bakı -°C

