“Moskvanın bu cür tələbləri irəli sürməsi onun Ukraynaya qarşı...”
“Rusiya Avropa ilə təhlükəsizlik danışıqlarında ciddi tələblər irəli sürür. Rusiyanın Əbu-Dabidə keçirilən Rusiya-Ukrayna danışıqlarında Avropa İttifaqının da iştirak etməsinə razılıq verməsi, təbii ki, Ukraynanın danışıqlar masasında tək olmadığını göstərir. Lakin diqqət yetirməli olduğumuz əsas məqam Rusiyanın Avropaya münasibətdə irəli sürdüyü şərtlərdir. Belə ki, Rusiyanın irəli sürdüyü tələblər sırasında Finlandiyanın NATO-dan çıxması, Baltikyanı regionda hərbi bazaların ləğv edilməsi, Ukraynanın NATO üzvü olmaması, Moldovanın federallaşdırılması və Qaqauziyanın müstəqilliyi ilə bağlı referendum keçirilməsi kimi məsələlər yer alır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, bunun müqabilində isə Moskvanın Belarusdakı taktiki nüvə silahlarını geri çəkməsi və Dnestryanı bölgədəki hərbi qüvvələrini çıxarması nəzərdə tutulur:
“Təbii ki, bu şərtlərin qəbul edilməsi Avropanın mövcud təhlükəsizlik arxitekturasının ciddi şəkildə dəyişdirilməsi və faktiki olaraq yenidən qurulması demək olardı. Burada söhbət yalnız Ukraynanın gələcək təhlükəsizlik təminatlarından getmir. Rusiya daha geniş geosiyasi məsələləri, o cümlədən NATO-nun 1997-ci il sərhədlərinə geri çəkilməsi məsələsini gündəmə gətirir. Düşünürəm ki, Moskvanın bu cür tələbləri irəli sürməsi onun Ukraynaya qarşı müharibəsinin məqsədlərinin daha geniş geosiyasi müstəvidə olduğunu bir daha göstərir. Rusiya Şərqi Avropada öz təsir imkanlarını genişləndirməyə, Baltikyanı ölkələr, Ukrayna və Moldova üzərində Qərbin təsirini məhdudlaşdırmağa çalışır. Bu isə faktiki olaraq həmin regionun yenidən Rusiyanın təsir dairəsinə daxil edilməsidir”.
Onun sözlərinə görə, digər tərəfdən, bu tələblər Avropanın təhlükəsizlik məsələləri ilə bağlı aparıcı danışıqlarının əsas mövzularından birinə çevrilə bilər:
“Lakin Avropa İttifaqının belə şərtləri qəbul etməsi onun mövcud təhlükəsizlik siyasətində ciddi dəyişikliklərə səbəb olardı. Avropa dövlətlərinin bu tələblərlə razılaşması real siyasi çətinliklərlə üzləşəcək. Beləliklə, Rusiyanın maksimalist mövqeyi danışıqların nəticəsiz qalmasına və diplomatik prosesin dayanmasına gətirib çıxara bilər. Rusiya Avropada öz geosiyasi mövqelərini möhkəmləndirə biləcəyi təqdirdə, Cənubi Qafqaz və Mərkəzi Asiyada da təsir imkanlarını genişləndirməyə çalışa bilər. Bu baxımdan, hazırkı danışıqlar təkcə Rusiya-Ukrayna müharibəsinin taleyi deyil, bütövlükdə Avropanın yeni təhlükəsizlik sisteminə təsir edir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
13 Noyabr 2026 18:29
Prezidentlə xanımının İrlandiya səfəri BAŞA ÇATDI - VİDEO
13 Noyabr 2026 17:13
Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlandı
13 Noyabr 2026 12:57
"Azərbaycan Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb" - XİN
13 Noyabr 2026 11:12
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
13 Noyabr 2026 11:10
“Məkkə və Bədr müqavilələri ABŞ-nin bölgədə hegemoniyasının azalmasını...”
13 Noyabr 2026 10:30
“Bu görüşdə Yekun Sülh müqaviləsi üzrə Ermənistanın üzərinə düşən öhdəliyi...”
12 Noyabr 2026 21:00
İlham Əliyevlə Paşinyanın görüşü keçirilib - YENİLƏNİB -VİDEO
12 Noyabr 2026 18:36


Bakı -°C

