Latviya Prezidenti “Bakı Ağ Şəhər”də - FOTOLAR
Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də “Bakı Ağ Şəhər”də olub.
Adalet.az xəbər verir ki, “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov Latviya Prezidentinə burada icra olunmuş və hazırda həyata keçirilən işlər barədə məlumat verib.
Bildirilib ki, ərazi 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə həddindən artıq çirkləndiyi və burada çoxsaylı neft gölməçələri yarandığı üçün bir vaxtlar “Qaraşəhər” kimi tanınırdı. Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu ərazi dünya miqyasında nadir ekoloji layihəyə, müasir yaşayış massivinə çevrilib.
“Bakı Ağ Şəhər” layihəsi dünyada müasir şəhərsalma konsepsiyasının ən parlaq nümunələrindən biridir. Layihənin icrasına Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2011-ci il dekabrın 24-də başlanılıb. Layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və “ağıllı şəhər” prinsipləri əsasında işlənib hazırlanıb.
Digər Xəbərlər
22 Aprel 2026 17:52
Şuşada xəstəxana tikintisində külli miqdarda mənimsəmə aşkarlandı
22 Aprel 2026 17:18
Yağıntılar intensivləşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
22 Aprel 2026 17:05
Metrodakı texniki insidentlə bağlı avtobusların sayı artırılıb
22 Aprel 2026 15:53
Muğanlı-İsmayıllı yolu 7 gün bağlı olacaq
22 Aprel 2026 15:42
Metrodakı problemin həlli davam edir - Yenilənmiş intervallar
22 Aprel 2026 12:21
Məzahir Pənahovun yenidən MSK üzvlüyünə namizədliyi irəli sürüldü
22 Aprel 2026 12:19
YAP bu şəxslərin MSK üzvlüyü üçün Milli Məclisə təqdimat verdi - FOTOLAR
22 Aprel 2026 11:50


Bakı -°C

