Lax yumurta iyi verən “cəhənnəm planeti”: Yeni kəşf

Yer kürəsi xaricində digər planetlərdə həyatın olub-olmadığı ən böyük sirlərdən biri olaraq qalmaqdadır.
Adalet.az xarici mediaya istinadən xəbər verir ki, alimlər lax yumurta iyi verən yeni “cəhənnəm” planeti kəşf ediblər.
Məlumatlarda deyilir ki, o, Yerdən çox da uzaq olmayan ekzoplanet sayılır. O, "HD 189733 b" adlanır. Bunun son dərəcə sərt şərtləri var. Planetimizdən 64 işıq ili uzaqda, Tülkü bürcündə yerləşən qaz nəhəngidir. O, öz ulduzuna Merkurinin Günəşə olduğundan 13 dəfə yaxındır. Səthdəki temperatur Selsi şkalası ilə 925 dərəcəyə çatır və buna görə də onu “cəhənnəm planeti” adlandırırlar.
Mütəxəssislərin fikrincə, böyük ehtimalla həmin planetə küləklərin sürəti saatda 800 km sürətlə hərəkət edən, planetimizdəki ən güclü küləklərin sürətindən üç dəfə yüksək olan ərimiş şüşə yağışı yağır. Yeni kəşf edilən ekzoplanet çürük yumurta qoxusuna malik hidrogen sulfidlə zəngindir. Belə materialdan ibarət planetlərə nadir hallarda Günəş sistemindən kənarda rast gəlinir.
Qeyd edək ki, hələ 2010-cu ildə Amerika Kosmik Agentliyi NASA-nın kosmosa buraxdığı yüksək texnoloji avadanlıqla təchiz edilmiş teleskopu Günəş sistemindən kənarda beş yeni planet kəşf etdiyini yazırdı:"Kepler teleskopundan alınan informasiya göstərirdi ki, bu dünyalar Yer kürəsindən xeyli böyükdürlər.
Alimlərin eksoplanetlər adlandırdıqları bu beş uzaq planetdən ilk beşi Kepler tərəfindən fəaliyyətinin ilk bir neçə həftəsi ərzində kəşf edilib. Bu planetlər iri və olduqca istidirlər. Onlardan ən kiçiyi Neptun planeti boydadır.
Ən irisi isə, hətta Yupiterdən böyükdür. Ən iri iki planetin səthində hərarət əridilmiş dəmirdəkindən yüksəkdir. Lakin alimlər hazırda onlardan ən irisinə daha çox maraq göstərirlər. Beləki, bu planet indiyə kimi kəşf edilmiş eksoplanetlərdən ən yüngülüdür".
Əntiqə Rəşid
Digər Xəbərlər

Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian...

Qadınlar üçün 4 ideal yay ətiri

Azərbaycanda bəzi qızlar niyə yaşlı kişilərlə evlənmək istəyir? - VİDEO

Dünyanın məglubedilməz ölkələri: Türkiyə ilk onluqda

Paşinyandan şok: "II Qaregin gəlsin, sübut edim ki, sünnətli deyiləm"

SSRİ-də taksilər: Stalin hökumət limuzinlərini niyə taksiyə çevirmişdi?

Egeydən Aralıq dənizinə: Türkiyənin su altı dünyasına səyahət - FOTOLAR
