Bakı-Balakən sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
Avqustun 1-nə qədər Bakı-Balakən sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq, gələn aydan isə qatarın fəaliyyəti müvəqqəti dayandırılacaq.
Adalet.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumata görə, buna səbəb Qax, Zaqatala və Balakən rayonlarındakı qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərdir. Hazırda zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq. İctimaiyyətə əlavə məlumat veriləcək.
Digər Xəbərlər
16 Iyul 2026 15:03
Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı
16 Iyul 2026 14:22
Dövlət Agentliyindən dənizçilərə çağırış edildi
16 Iyul 2026 09:05
Dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salındı - YENİLƏNİB
15 Iyul 2026 19:00


Bakı -°C

