Mən neçə ildi heç vaxt Birləşmiş Millətlər Təşkilatı yazmıram, Çayxanası yazıram. Çünki bu təşkilatın heç bir fəaliyyətini ağlım kəsəndən görməmişəm. Çayxana kimi bir yerdi, yığışırlar, qeybət edirlər, bir nəticəsi olmur. Çıxartdıqları qərarları da atırlar zibil yeşiyinə. Necə ki Ermənistan 28 il onun 4 qətnaməsini zibil yeşiyinə atdı.
İndi dünya dağılır, Rusiya-Ukrayna iki qardaş xalq bir-birinin qanına yerikləyir. ABŞ on min kilometrdən gəlib İranı bombalayır, İran da hayıfını öz din qardaşlarından – körfəz ölkələrindən çıxır.
İsrail Qəzzanı ermənilər vaxtilə Ağdamı nə günə salmışdılarsa o günə salıb. 74 min fələstinli öldürülüb, Birləşmiş Millətlər Çayxanasının vecinə də deyil.
Afrika ölkələrinin bir çoxunda hakimiyyət davası uğrunda dinc əhali qalıb ortalıqda, qırılır. Birləşmiş Millətlər Çayxanasının vecinə də deyil.
İraq məhv edildi, Suriya parçalandı, yenə də Birləşmiş Millətlər Çayxanası çay içməklə məşğul idi.
Çox şeyi saymaq olar, adam yorulur. Bu Çayxanaya üzv olan ölkələr hər il bu Çayxananın yaşaması üçün nə qədər üzvlük haqqı ödəyirlər. Ümumiyyətlə, bu Çayxana lazımdırmı?
Əgər indiyə qədər bir yaralı barmağa çiş eləməyibsə…
Elə bir sədr qoyblar ki, adını yazmağa qorxuram, birdən ayrı cürə yazaram.
Yazarın digər yazarlar
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - SON
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… (Sonuncudan əvvəlki)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XII (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XI (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - X (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - IX (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - VIII (DAVAMI)


Bakı -°C
