Pelleqrini “Sea Breeze”də - FOTOLAR
Slovakiya Prezidenti Peter Pelleqrini Xəzər dənizinin sahilində yerləşən “Sea Breeze” istirahət mərkəzində olub.
Adalet.az xəbər verir ki, “Sea Breeze”in təsisçisi Emin Ağalarov Slovakiya dövlətinin başçısına kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün planlaşdırılan layihələr barədə məlumat verib.
Hazırda 500 hektar ərazini əhatə edən “Sea Breeze”də indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Ötən dövr ərzində kompleksin ərazisində 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Ərazidə artıq 20 min sakin yaşayır və 2028-ci ilə qədər onların sayı 50 mindən çox olacaq. Bütövlükdə layihə tam başa çatdırıldıqdan sonra burada 500 min sakinin yaşaması nəzərdə tutulur.
İstirahət zonaları, parklar və çimərliklər üçün artıq 150 hektardan çox ərazi ayrılıb. Kurort-şəhərdə sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub, məktəb, uşaq bağçası, xəstəxana tikilib. Aparılan abadlıq işləri çərçivəsində təxminən 10 milyon bitki və ağac əkilib, nəticədə yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatıb.
Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən və müxtəlif formatda çoxsaylı daşınmaz əmlak obyektlərini bir araya gətirən “Sea Breeze” dünya miqyasında nadir layihə hesab olunur.
Digər Xəbərlər
25 Avqust 2026 18:30
Prezident Administrasiyasında sentyabrda kimlər vətəndaşları qəbul edəcək? – CƏDVƏL
25 Avqust 2026 16:41
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
25 Avqust 2026 16:41
"Azəripək" "Azərxalça"ya birləşdirilib
25 Avqust 2026 15:58
ADSEA yeni, rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib
25 Avqust 2026 15:44
Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
25 Avqust 2026 12:53
Hərbi toplanış kimlər üçün məcburi deyil?
25 Avqust 2026 12:07
Sloveniyada işləyə bilərsiniz - Bu sahələr üzrə 200-dən çox vakansiya var
25 Avqust 2026 12:04


Bakı -°C

