adalet.az header logo
  • Bakı -°C
25 Avqust 2026 20:00
59
İQTİSADİYYAT
A- A+

Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirildi

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Adalet.az  xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 976 ton olan buğda və 1 vaqondan ibarət, çəkisi 65 ton olan taxta avqustun 25-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 50 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.