“Yeni iqtisadi və siyasi reallıq ölkəmizi regionun bir hissəsinə çevirir”
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana hər səfəri coğrafi baxımdan Mərkəzi Asiya ölkəsi olmayan Azərbaycanın regionda iqtisadi və siyasi çəkisini artırır, əməkdaşlığını genişləndirir və ölkəmizi Mərkəzi Asiyada gedən proseslərin əsas iştirakçılarından birinə çevirir”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçı bildirib ki, bir milyard dollara yaxınlaşan ticarət dövriyyəsi, 500 milyon dollarlıq birgə İnvestisiya Şirkəti, 1,4 milyon tona çatan tranzit daşımaları və bu ilin ilk yarısında daha 12,2 faiz artım, Azərbaycanda 130-dan çox Özbəkistan investisiyalı, Özbəkistanda isə 280 Azərbaycan kapitallı müəssisənin fəaliyyəti hələ işin hamısı deyil:
“Özbəkistan əməkdaşlıq üçün yüksək perspektivə malik gələcəyin ölkələrindən biri olacaq. Bu, artıq hiss olunur. Odur ki, burada əsas müsbət məqam təkcə rəqəmlər deyil, sürətlə artan dinamikadır. Orta Dəhliz və perspektivdə Zəngəzur dəhlizi, Xəzər üzərindən formalaşan yaşıl enerji xətti, qarşılıqlı investisiyalar və sənaye kooperasiyası Mərkəzi Asiyanın Azərbaycan üzərindən Qərbə iqtisadi bağlantılarını gücləndirir. Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması isə bu prosesin artıq iqtisadi çərçivədən çıxaraq siyasi müstəviyə də keçdiyini göstərir. Əlqərəz, coğrafiya Azərbaycanı Mərkəzi Asiyadan ayırsa da, formalaşan yeni iqtisadi və siyasi reallıq ölkəmizi regionun bir hissəsinə çevirir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Avqust 2026 10:22
“İki ölkə arasında iqtisadiyyatın çox fərqli sahələrində sərmayə qoyuluşları...”
24 Avqust 2026 09:38
Azərbaycanda kriptovalyuta ilə bağlı ilkə imza atıldı
23 Avqust 2026 22:46
Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır - İlham Əliyev
23 Avqust 2026 18:50
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif etdi
22 Avqust 2026 10:06
“Özbəkistandan nə alırıq və qardaş ölkəyə nə satırıq?”
21 Avqust 2026 22:00
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
21 Avqust 2026 12:11
“Zəngəzur” elektrik ötürmə xəttində işlərin birinci mərhələsi yekunlaşır - VİDEO
20 Avqust 2026 13:46


Bakı -°C

