Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır - İlham Əliyev
Azərbaycan Özbəkistanın turizm sahəsinə 5 milyard dollar investisiya yatırmağı planlaşdırır.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan lideri İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.
Dövlət başçısının sözlərinə görə, Daşkənddə yaradılan layihələr – hotel və yaşayış kompleksləri portfeli 500 milyon səviyyəsində müəyyən edilmiş Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun çərçivəsindən kənara çıxır.
"Nəzərdə tutduğumuz və artıq müqavilələri bağlanmış layihələr üzrə investisiyaların həcmi fondun həcmindən xeyli çoxdur. Bu təqdimatda deyildi ki, təkcə Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır", - İlham Əliyev deyib.
Özbəkistanın avtomobil sənayesindəki təcrübəsinin bu gün Azərbaycana da ötürüldüyünü xatırladan dövlət başçısı qeyd edib ki, ilk layihə həyata keçirilib, lakin hazırda tam istehsal dövründən söhbət gedir. Hacıqabulda 80 milyon dollardan çox investisiya yatırılması planlaşdırılır və ikinci zavod tikilir.
Digər Xəbərlər
23 Avqust 2026 18:50
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif etdi
22 Avqust 2026 10:06
“Özbəkistandan nə alırıq və qardaş ölkəyə nə satırıq?”
21 Avqust 2026 22:00
Azərbaycandan keçməklə Ermənistana buğda və propan göndəriləcək
21 Avqust 2026 12:11
“Zəngəzur” elektrik ötürmə xəttində işlərin birinci mərhələsi yekunlaşır - VİDEO
20 Avqust 2026 13:46
Ölkəmiz daha bir tranzit marşrutuna YOL AÇDI - YENİLƏNİB
20 Avqust 2026 10:40
“Azərbaycanın qeyri-neft ixracını daha da genişləndirmək üçün böyük potensialı var”
19 Avqust 2026 17:52
Ermənistana yenə buğda göndərildi - YENİLƏNİB
19 Avqust 2026 13:37


Bakı -°C

