adalet.az header logo
  • Bakı -°C
23 Avqust 2026 23:52
80
DÜNYA
A- A+

İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur - SEPAH

İran hakimiyyətinin ABŞ-ın hər bir düşmənçilik addımına cavab vermək üçün planı, həmçinin Vaşinqtonun tətbiq edəcəyi yeni məhdudiyyətlərin ölkəyə mənfi təsirini aradan qaldırmaq və müxtəlif dövlətlərlə iqtisadi əlaqələri qurmaq üçün ssenarisi mövcuddur.

Adalet.az İranın SNN agentliyinə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Mohabbi bildirib.

“ABŞ Prezidenti Donald Trampın İrana qarşı ən sərt iqtisadi müharibəyə başlamaq barədə əmri Vaşinqtonun hərbi arenada məğlubiyyətini səssiz şəkildə etiraf etməsi deməkdir. İqtisadi müharibə Tehran üçün yeni məsələ deyil. ABŞ 47 ildir belə müharibə aparır və İran iqtisadiyyatının bütün əsas sahələrinə qarşı sanksiyalar tətbiq edib. İranın qarşı tərəfin hər bir düşmənçilik addımına cavab planı var. Yeni təzyiqin mənfi nəticələrindən yayınmağa və müxtəlif ölkələrlə iqtisadi əlaqələri asanlıqla qurmağa imkan verən ssenarimiz də mövcuddur”, - deyə Mohabbi vurğulayıb.