Prezident vəzifəsinə yenidən seçilmək hüququm var - Tokayev
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı müzakirələrin hələ tez olduğunu bildirib.
Adalet.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Konstitusiya Məhkəməsi belə qərar qəbul edib. Bu qərar qanunidir və təbii ki, mənim yenidən seçilmək hüququm var. Lakin qarşıdakı seçkilərlə bağlı, yəni seçkilərə gedəcəyəm, ya yox, hansı ildə gedəcəyəm kimi məsələlər barədə danışmaq hələ tezdir. Çünki qarşıda ölkəmizin həll etməli olduğu çoxsaylı vəzifələr dayanır. İlk növbədə, vətəndaşlar üçün sosial obyektlərin tikintisi istiqamətində bütün Qazaxıstanı böyük tikinti meydanına çevirməliyik", – deyə Tokayev bildirib.
Qazaxıstan Prezidenti 2027-ci ildə seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı daha konkret açıqlama verə biləcəyini qeyd edib.
"Buna görə də gəlin gələn il yenidən görüşək. Ola bilsin ki, gələn il sizə daha konkret cavab verəcəyəm", – deyə o əlavə edib.
Qeyd edək ki, Qazaxıstan Konstitusiyasına əsasən, prezident yeddi il müddətinə yalnız bir dəfə seçilə bilər. Bu il yeni Konstitusiyanın qəbulundan sonra Qazaxıstan Konstitusiya Məhkəməsi yenidən seçilmənin ilk prezidentlik müddəti hesab ediləcəyinə qərar verib. Bununla da hazırkı dövlət başçısının növbəti seçkidə iştirakına hüquqi imkan yaranıb.
Tokayevin hazırkı prezidentlik müddəti 2029-cu ildə başa çatır.
Digər Xəbərlər
23 Avqust 2026 16:03
“Türkiyə ilə münasibətlərdə gərginliyin artmasında maraqlı deyilik" - İsrail XİN
23 Avqust 2026 12:00
Kamçatkada köməksiz qalan Azərbaycan vətəndaşı təxliyə edildi - VİDEO
23 Avqust 2026 10:44
İran həmin region ölkələrini hədələdi
23 Avqust 2026 09:10
Kamçatkada həmin turistlərə görə fövqəladə vəziyyət elan edildi
22 Avqust 2026 17:37
Zelenski amerikalı generalla görüşdü - “Onları almağa hazırıq”
22 Avqust 2026 17:11
Türkiyədə “Süleymançılar” təriqəti ilə bağlı həbslər davam edir - Daha 12 nəfər saxlanıldı
22 Avqust 2026 17:04
İrandan Fransaya sərt xəbərdarlıq - Gərginlik pik həddə
22 Avqust 2026 09:41


Bakı -°C

