adalet.az header logo
  • Bakı -°C
19 Avqust 2026 17:52
286
İQTİSADİYYAT
A- A+

Ermənistana yenə buğda göndərildi - YENİLƏNİB

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 26 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Adalet.az xəbər verir ki, tədarükə çəkisi 1 820 ton olan buğda daxildir.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 43 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.

 

***15:46

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Adalet.az xəbər verir ki, 26 vaqondan ibarət buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.