adalet.az header logo
  • Bakı -°C
22 Sentyabr 2026 22:15
39
GÜNDƏM
A- A+

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı - YENİLƏNİB

ABŞ tərəfindən İranın aviasiya sektoruna tətbiq edilmiş sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri sentyabrın 22-dən etibarən dayandırılıb.

Adalet.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Mülki Aviasiya Agentliyi məlumat yayıb.

"Mövcud məhdudiyyətlərlə əlaqədar müvafiq aviaşirkətlərə və biletlərin əldə edildiyi satış məntəqələrinə müraciət edilməsi tövsiyə olunur".

 

***19:10

Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır.

Bu barədə Adalet.az-a "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.

"AZAL ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin sentyabrın 22-dən etibarən dayandırılması barədə qərar qəbul etməli olub", - QSC bildirir.