Sərnişinlər qatarda da dayanmağa yer tapmır - VİDEO
Son günlərdə ölkənin nəqliyyat sistemindəki sıxlıq çətin vəziyyət yaradıb. Belə ki, metronun bağlanması, Formula 1 yarışlarına görə bir sıra yollarda məhdudiyyətlərin tətbiq olunması pik saatlarda hərəkəti iflic edib.
Adalet.az xəbər verir ki, metro və avtobuslarda sıxlıq yaşandığı kimi, dəmiryol vağzalında qatarlarda da bu hallarla üzləşmək mümkündür.
Belə ki, Sumqayıtdan Bakıya hərəkət edən ADY qatarlarından birində həddindən artıq sərnişin sıxlığı yaranıb. Bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.
Görüntülərdən bəlli olur ki, paytaxta yola düşən qatarda sərnişinlərin sayı çox olduğundan vaqonlarda hərəkət etmək çətinləşib. Hətta bəzi sərnişinlərin yer olmadığı üçün qatarın sanitar qovşağında dayanmağa məcbur qaldığı görünür.
Sözügedən görüntüləri təqdim edirik:
Digər Xəbərlər
09 Noyabr 2026 11:21
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
09 Noyabr 2026 09:00
Mehriban Əliyeva Bayraq Günü münasibətilə paylaşım etdi - FOTO
09 Noyabr 2026 00:00
Azərbaycanda Dövlət Bayrağı Günüdür
08 Noyabr 2026 21:04


Bakı -°C

