Trampla Zelenskinin görüşü oldu - "Artıq vaxtdır"
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüş keçirilib.
Adalet.az xəbər verir ki, görüş zamanı Tramp Rusiya Prezidenti Vladimir Putin və Zelenskinin müharibənin başa çatmasını istədiklərini bildirib.
“Düşünürəm ki, onların hər ikisi müharibənin bitməsini istəyir. Artıq vaxtıdır. Çox sayda insan həlak olur və onlar bunu istəmirlər”, – Tramp deyib.
ABŞ Prezidenti Zelenski ilə münasibətlərinin çox güclü olduğunu qeyd edərək, tərəflərin müharibənin həlli yolunu tapmağa çalışdıqlarını bildirib.
“Düşünürəm ki, bu baş verəcək. Mən həqiqətən buna inanıram. Amma müzakirə edəcəyimiz çox məsələ var”, – Tramp əlavə edib.
Digər Xəbərlər
22 Sentyabr 2026 20:47
Zelenski BMT-nin mənzil-qərargahına belə getdi - FOTO
22 Sentyabr 2026 20:21
BMT üzvləri Şimali Kipri tanımağa dəvət edilib
22 Sentyabr 2026 20:20
Qrenlandiyaya iddialı olan Tramp təhlükəsizlik sazişi imzaladı
22 Sentyabr 2026 20:11


Bakı -°C

