Ərdoğan Endi Börnhemlə Qəzzada və Ukraynadakı vəziyyəti müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə görüşüb.
Adalet.az Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, görüşdə Türkiyə-Böyük Britaniya ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyə ilə Böyük Britaniya arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini bildirib. O, xüsusilə müdafiə sənayesi və ticarət sahələrində atılacaq addımlarla əməkdaşlığın daha da genişləndiriləcəyinə inandığını qeyd edib.
Türkiyə Prezidenti İsrailin Qəzza və İordan çayının qərb sahilində sülh istəmədiyini dəfələrlə öz addımları ilə göstərdiyini bildirib. O, beynəlxalq ictimaiyyətin təzyiqinin əhəmiyyətini vurğulayıb.
Ərdoğan İran və Ukraynada gərginliyin artdığını qeyd edib. Onun sözlərinə görə, Hörmüz məsələsi ilə bağlı razılığın əldə olunması danışıqlar prosesinin yenidən başlamasına imkan yarada bilər.
Ukraynadakı vəziyyətə də toxunan Ərdoğan bu istiqamətdə irəliləyişin olmadığını bildirib, Qara dənizdə Türkiyəyə məxsus və ya xarici ticarət gəmilərinin hədəfə alınmasının vəziyyəti daha da mürəkkəbləşdirdiyini qeyd edib.
Ərdoğan görüş zamanı Kipr türklərinin adadakı suveren bərabərliyinin və beynəlxalq statusunun tanınmadığı heç bir formulun nəticə verməyəcəyini də bildirib.
Digər Xəbərlər
19 Oktyabr 2026 22:00
Parisdə komendant saatı elan edildi
19 Oktyabr 2026 20:00
Rusiya Xarkova zərbə endirib, 6 nəfər ölüb
19 Oktyabr 2026 13:57
Türkiyədə sel qurbanlarının sayı artdı
19 Oktyabr 2026 13:54
Samsun - tarixin dənizlə qovuşduğu şəhər
19 Oktyabr 2026 12:29
Trampın Özbəkistana səfəri planlaşdırılır
19 Oktyabr 2026 12:09
"İran ABŞ-nin hücumlarına cavab verməyə hazırdır"
19 Oktyabr 2026 11:59
Trampdan Zelenskiyə irad: “O, bu müharibəyə son qoymaq istəmir”
19 Oktyabr 2026 11:38


Bakı -°C

