İlham Əliyev Zelenskini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb.
Adalet.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Əlamətdar ildönümü – Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Zəngin ənənələrə malik Azərbaycan-Ukrayna dostluq əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur. Siyasi dialoqumuz, yüksək səviyyəli qarşılıqlı səfərlər, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq strateji tərəfdaşlığımızın mühüm cəhətlərindəndir. Enerji sahəsində uzun illərdən bəri davam edən səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim.
Bu ilin aprelində Azərbaycana həyata keçirdiyiniz işgüzar səfərin nəticələrini, Sizinlə görüşümüzü yüksək qiymətləndirirəm. Şübhəsiz ki, müntəzəm görüşlər və təmaslarımız, ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində qarşılıqlı dəstəyimiz dövlətlərarası əlaqələrimizin möhkəmlənməsini şərtləndirən əsas amillərdəndir.
Ali səviyyədə fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, humanitar, kənd təsərrüfatı, investisiya və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Biz dost Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik.
İnanıram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan-Ukrayna dostluq əlaqələrinin gücləndirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram".
Digər Xəbərlər
24 Avqust 2026 11:31
Prezident Buxarada səfərdədir
24 Avqust 2026 00:01
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Şavkat Mirziyoyev
23 Avqust 2026 23:27
Yeni Daşkənddə “Azərbaycan” parkının təməli qoyuldu - FOTOLAR
23 Avqust 2026 22:00
Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur - Prezident
23 Avqust 2026 21:23
İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb
23 Avqust 2026 20:36
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
23 Avqust 2026 20:26
Prezidentlər Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında - VİDEO
23 Avqust 2026 20:14


Bakı -°C

