“Özbəkistandan gələn tursitlərin sayı 34 faiz artıb”
“Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması iki qardaş ölkənin strateji yaxınlıq səviyyəsini göstərir. Təbii ki, iki dövlət başçıları arasındakı mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində xüsusi rol oynamaqdadır. Bununla yanaşı, qardaş ölkə vətəndaşlarının qarşılıqlı səfərləri dövlətlər arasındakı möhkəm telləri daha da gücləndirir”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, 2026-cı geridə qalan aylarında 44 min Özbəkistan vətəndaşı Azərbaycana səfər edib:
“Bu o deməkdir ki, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Özbəkistandan gələn tursitlərin sayı 34 faiz artıb. 2025-ci ildə Azərbaycana gələn Özbəkistan vətəndaşlarının sayı 46 min nəfər olub. Praktik olaraq, bu ilin ilk 8 ayında Özbəkistandan Azərbaycana gələnlərin sayı əvvəlki il üzrə ümumi göstərici ilə, demək olar, eynidir. Bu isə illik yekundan daha ciddi artım faizinin olacağından xəbər verir.Göründüyü kimi, strateji qardaşlıq münasibətləri ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinə təsir göstərib. Xüsusən də, sağlamlıq turizmi məqsədi ilə Azərbaycana gələn Özbəkistan turistlərin sayında artım müşahidə edilir. Turizm sadəcə səfərlər deyil, həmçinin qardaşlıq körpülərinin daha gücləndirilməsi deməkdir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Avqust 2026 10:21
“Azeri Light” ucuzlaşdı
25 Avqust 2026 09:45
Kopyalanmış IMEI kodlarla 1,6 milyon dəfə şəbəkəyə qoşulma cəhdi olub
24 Avqust 2026 14:18
Ödənişli xidmətlərlə bağlı VACİB XƏBƏR
24 Avqust 2026 12:39
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib
24 Avqust 2026 10:22
“Yeni iqtisadi və siyasi reallıq ölkəmizi regionun bir hissəsinə çevirir”
24 Avqust 2026 10:22
“İki ölkə arasında iqtisadiyyatın çox fərqli sahələrində sərmayə qoyuluşları...”
24 Avqust 2026 09:38
Azərbaycanda kriptovalyuta ilə bağlı ilkə imza atıldı
23 Avqust 2026 22:46


Bakı -°C

