adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Fevral 2021 17:50
82410
ŞOU-BİZNES

“Atalıq borclarını yerinə yetirsinlər” - Sevda keçmiş ərlərindən danışdı

“Həyat yoldaşlarımdan aliment tələb etmirəm. Niyə tələb etmirəm, onu da deyim. Aliment tələb etməməyimin səbəbi maddiyyat deyil, mənəviyyətə daha çox önəm verməyimlə əlaqədardır. Mənim üçün uşağa lazım olan əsas atalıqdır”.

Adalet.az saytı xəbər verir ki, bu sözləri müğənni Sevda Sanalıyeva keşmiş həyat yoldaşları barədə “Günə bir şou” proqramında qonaq olarkən söyləyib:

“Uşaqlarımın ataları ilə münasibətləri əladır. Ömrü boyu da görüşəcəklər. Görüşürlər də, danışırlar da, hətta zəngləşib, telefonla mesajlaşırlar da. Bunu etmək məcburiyyətindəyəm. Aliment verməsən, bunu edərəm, onu edərəm, məndə belə bir şey yoxdur. Aliment kəsilib, əvvəl-əvvəl də verilirdi, amma indi tələb eləmirəm. Mənim üçün əsas uşaqlarımın üzünün gülməyidir. Övladlarımın heç biri üçün aliment almıram, tələb də etməyəcəm. Mənəvi atalıq borclarını yerinə yetirsinlər, bəsdir”.

Qeyd edək ki, Sevda həyat yoldaşından ayrıldığını” instagram” hesabında paylaşımı ilə açıqlamışdı:

“Bu gün ayrılığımı təsdiqləyirəm. Bu ailənin dağılmaması üçün çox çırpındım, amma tək gücüm bu qədər yetdi. Allah bundan sonra balalarıma görə güc versin, onları böyüdüm. Çünki bu yaşda mən yiyəsizliyə dözə bilmirəm. Onlar nə edər?”

Onu da əlavə edək ki, Sevda iki dəfə ailə həyatı qurmuş, hər iki evliliyi də uğursuz alınmışdır. Müğəninin birinci evlilikdən bir oğul, ikinci nigahından isə qız övladı var.

Rövşən Tahir