“WhatsApp” 30 milyon abunəçisini itirdi
Son üç həftə ərzində “WhatsApp” 30 milyon abunəçisini itirib. Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata əsasən, abunəçilərin 25 milyonu “Telegram”, qalanları isə “Siqnal” mesencerlərinə üstünlük verib.
İstifadəçilərin kütləvi qaçışı şəxsi məlumatların qorunması ilə bağlı “WhatsApp”ın bəyan etdiyi dəyişikliklərdir. Belə ki, bundan sonra şirkət öz abunəçilərinin fərdi məlumatlarını baş ofisə, yəni “Facebook”a ötürəcək.
“Facebook” isə bu günədək məhz şəxsi məlumatların satılması ittihamı ilə bağlı bir neçə dəfə gündəmə gəlib. Odur ki, istifadəçilər bu şirkətə etibar etmirlər.
Digər Xəbərlər
04 May 2024 10:29
Azərbaycan Premyer Liqası: “Kəpəz” “Sumqayıt”a, “Qarabağ” “Neftçi”yə qarşı
03 May 2024 23:04UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 21:47