01 Aprel 2025 09:32
211
DÜNYA

Le Penin Fransa prezidenti olmaq arzusu gözündə qaldı

Paris məhkəməsi martın 31-də, Fransanın "Milli birlik" partiyasının lideri Marin Le Peni 4 il azadlıqdan məhrum etməklə yanaşı, 100 min avro miqdarında cərimə ödəməsi barədə hökm çıxarıb.  Le Pen, məhkəmənin qərarı ilə, bu cəzanın iki ilini  şərti, qalan iki ilini isə, ev dustaqlığı şəraitində keçirəcək. Bu da o deməkdir ki, siyadətçi 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək. 

 Rusiya təhlükəsizlik şurasının sədr müavini, sosial şəbəkələrdə atmacaları ilə fərqlənən Dmitri Medvedev bu məsələyə də diqqət yetirməyi özünə "borc" bilib.

 "Bu qurama qərarın verilmədində əsas məqsəd, 2027-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində, iri partiya liderini seçkilərdən kənarlaşdırmaqdı"- deyə Dmitri Medvedev sevimli "VKontskte" sosial şəbəkəsində yazıb.

  RF-sı Təhlükəsizlik şurasının sədr müavininin sözlərinə görə, Bu yaxınlarda bütün dünya "bu biabırçılığa bənzər" halı Rumıniyada müşahidə edti. Orada da,  müstəqil namizəd Kelin Corcesku prezident seçkilərindən kənarlaşdırdı.

  Beləliklə, ermənilərin əsl bacısı sayılan Marin Le Penin həm  prezident seçilmək arzusunun, həm də ermənilərin ümidlərinin üztündən qara xətt çəkildi...

 Rüstəm Hacıyev