29 Iyul 2025 15:24
213
KRİMİNAL

Lerikdə “Xaşxaş-2025” əməliyyatı

Lerikdə 21200 ədəd xaşxaş kolu məhv edilib.

Adalet.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mistan kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 5300 kiloqram olan 21200 ədəd xaşxaş kolu yandırılaraq məhv edilib.