MEDİA ilə "Sinxua" agentliyi arasında Anlaşma Memorandumu imzalandı

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ilə Çin Xalq Respublikasının "Sinxua" Xəbər Agentliyi arasında media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Adalet.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.
Bildirilib ki, Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında media sahəsində qarşılıqlılıq prinsipinə və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi, təşviqi və inkişaf etdirilməsidir.
Sənəd informasiya və təcrübə mübadiləsini, ortaq maraq doğuran layihələr üzrə birgə fəaliyyəti, eyni zamanda, iclas, seminar, praktiki məşğələ, təlim, konfrans və digər bu kimitədbirlərin təşkili, media sahəsinə məsul rəsmi şəxslərin və müvafiq ekspertlərin səfərlərinin dəstəklənməsini nəzərdə tutur.
Digər Xəbərlər

Natiq Məmmədli: Qarabağın dirçəlişi Azərbaycan mediasının əsas mövzusudur

Baku TV-yə xəbərdarlıq edildi

Milli mətbuatın 150 illiyi yubiley medalına namizədlər müəyyənləşdirilib

Daha bir neçə sayt Mətbuat Şurasına üzv oldu

MEDİA və Mətbuat Şurası başsağlığı yayıb

Gəncliyə Yardım Fondunda Milli Mətbuatın 150 illiyi münasibətilə görüş keçirildi

Bakıda II Azərbaycan-Özbəkistan Media Forumu keçirilib - YENİLƏNİB
