Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 18-də Biləsuvar rayonunun Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsini ziyarət edib.
Adalet.az xəbər verir ki, əvvəlcə Milli Qəhrəmanın döyüş yolunun, vətənpərvərlik, qəhrəmanlıq nümunəsinin gənc nəslə aşılanması üçün şəhidin doğulduğu kənddə yaradılan ev muzeyinə gələn Leyla Əliyeva burada Mübariz İbrahimovun şəxsi əşyaları, onun həyat yolunu əks etdirən eksponatlarla tanış olub.
Sonra Mübariz İbrahimovun ailəsinin yaşadığı evə gələn Leyla Əliyeva Azərbaycanın Milli Qəhrəmanının atası və anası ilə çay süfrəsi arxasında söhbət edib.
Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
O, 2009-cu ilin avqustunda öz arzusu ilə cəbhə bölgəsində hərbi xidmətə başlayıb. 2010-cu il iyunun 19-da gecə saat 23 radələrində Tərtər istiqamətində iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni təkbaşına keçən Mübariz Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini ilk həmlədə məhv edib. Beş saatlıq döyüşdə düşməni ağır itkilərə məruz qoyan M.İbrahimov qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamı ilə gizir Mübariz İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Prezidentin digər Sərəncamı ilə Milli Qəhrəmanın xatirəsi əbədiləşdirilib.
Digər Xəbərlər
28 Sentyabr 2026 11:07
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
28 Sentyabr 2026 10:13
Bakıda yeni tunel inşa ediləcək - VİDEO
27 Sentyabr 2026 16:58
Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub - FOTOLAR
27 Sentyabr 2026 12:05
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - VİDEO + FOTOLAR
26 Sentyabr 2026 23:03
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
26 Sentyabr 2026 13:18
Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
26 Sentyabr 2026 12:42
Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
25 Sentyabr 2026 21:45


Bakı -°C

