Leyla və Arzu Əliyevalar Axar-Baxar Milli Parkının açılış mərasimində - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, tədbir çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Ərazidə iqlim və torpaq şəraitinə uyğun hesab olunan Eldar şamı, qara şam, adi şam, zeytun, daş palıdı, Arizona sərvi və piramidal sərv ağacları əkilib. Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Milli Parkın ərazisi və təbiəti ilə yaxından tanış olublar.
Eyni zamanda, ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunmasına dəstək məqsədilə Acınohur çölü ərazisində 10 ceyran, 2 çöl pişiyi (qamışlıq və meşə pişiyi) və 4 vəhşi quş, o cümlədən 2 bərqud, 1 bozqır qartalı və 1 ağbaş kərkəs təbii mühitə buraxılıb.
Açılış mərasimi çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva Əyriçaya 20 min balığın buraxılması tədbirində də iştirak ediblər. Buraxılan balıqların 5 mini forel, 15 mini isə sazan növünə aiddir.
Qeyd edək ki, Axar-Baxar Milli Parkı Prezident İlham Əliyevin 2025-ci il 14 iyul tarixli Sərəncamı ilə yaradılıb. Yeni Milli Park xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılmasını, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyasını və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə yaradılıb.
Digər Xəbərlər
29 Oktyabr 2025 12:30 Yağış yağacaq. şimşək çaxacaq - SABAHIN HAVASI
29 Oktyabr 2025 09:46 "Bu təhlükə ilə üzləşdikdə dərhal yüksəkliyə qalxın" - Əhaliyə xəbərdarlıq
29 Oktyabr 2025 09:16 Polis “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirdi - VİDEO
28 Oktyabr 2025 18:39 İlham Əliyev Zəngilanda kəndlərin açılışında iştirak etdi - FOTOLAR
28 Oktyabr 2025 16:18 “Təhsilsiz qızlar daha yüksək erkən nikah riski daşıyırlar”
28 Oktyabr 2025 16:06 İlham Əliyev Horovlu sakinlərinə mənzillərin açarlarını təqdim etdi - FOTOLAR
28 Oktyabr 2025 15:51 Prezident avtomobil yolunun açılışında - FOTOLAR
28 Oktyabr 2025 12:34 

Bakı -°C 






















