Leysan yağacaq, dolu düşəcək: Sabah bu rayonlardakı HAVA...
Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti, dağlarda gecə 14-18° isti, gündüz 18-23° isti olacaq.
Digər Xəbərlər
18 Yanvar 2026 13:53
Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı -FOTOLAR
17 Yanvar 2026 17:00
Növbəti iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
16 Yanvar 2026 17:44
Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq
16 Yanvar 2026 15:16


Bakı -°C

