24 Dekabr 2024 16:02
200
DÜNYA

LGBT İslam ölkələrinə tərəf genişlənir: Suriya müzakirəyə çıxaracaq

Rəsmi mənbələr bildirir ki, hazırda nəinki LGBT üzvləri haqqında qanunlar bir çox ölkələrdə qəbul edilib, hətta 34 ölkə artıq eynicinsli nigahları da tanıyıb.


Beləki, Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta Rika, Danimarka, Ekvador, Finlandiya, Fransa, Almaniya, İslandiya, İrlandiya, Lüksemburq, Malta, Meksika, Niderland, Yeni Zelandiya,Yunanıstan, Norveç, Portuqaliya, Sloveniya, Cənubi Afrika, İspaniya, İsveç, İsveçrə və Birləşmiş Krallıqda artıq bu qanun rəsmən tanınıb. Ən pisi isə odur ki, Eynicinslərin nigahı Avropadan, Cənubi və Şimali Amerika qitələrindən sonra Asiyaya da ayaq açıb.

2024-cü ildən etibarən Tailand Tayvan və Nepaldan sonra eynicinsli cütlüklərin evlənməsinə icazə verən üçüncü Asiya ölkəsi oldu. Yəni, Asiyada eynicinslilərin evliliyinə icazə verən ilk ölkə 2019-cu ildə Tayvan olub. Sonra, keçən il Nepal eynicinsli nikahları tanımaq qərarına gəldi.


ABŞ LGBT yayılmasında maraqlı olduğunu hər zaman biruzə verib. Ötən il ABŞ Uqanda rəsmiləri ilə bağlı viza məhdudiyyət siyasətini genişləndirdiyini elan etdi. O, həmçinin Zimbabvedəki məmurlar üçün də yeni viza məhdudiyyəti tətbiq etdiyini açıqladı. ABŞ Dövlət Katibi Antoni Blinken viza məhdudiyyətlərini elan edərək deyib ki, məhdudiyyətlər xüsusi ilə Uqandadakı LGBT icması və Zimbabvedəki vətəndaş cəmiyyəti müdafiəçilərinə qarşı təzyiqlərə görə nəzərdə tutulub.
Baxmayaraq ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp mənim prezidentlik dövrümdə cinsiyyətsizlik deyə bir şey olmayacaq, LGBT-ni tamamilə məhv edəcəyəm, deyib, amma proses artıq sürətlə irəliləyir.
Artıq LGBT ilə bağlı müzakirələr Suriyada da gedəcək. Bu haqda syria.news-pravda.com xəbər yayıb. Suriyanın yeni lideri Əhməd əş-Şara 2025-ci ildə tərəfdarları ilə LGBT statusu, qadınların geyim tərzi və spirtli içki qəbulu imkanlarını müzakirə edəcək.

Məsələ ilə bağlı məlumatı ictimaiyyətə “Heyət Təhrir əş-Şam” qruplaşmasının siyasi komitəsinin nümayəndəsi Məhəmməd Xalid açıqlayıb. O , bildirib ki, seçkiləri hələlik gözləmək lazımdır:"

 Xatırladırıq ki, 14 sentyabr 2021-ci il tarixində Suriya LGBTQİA+ fəalları Suriya LGBTQİA+ icmasının hüquqlarını müdafiə etmək və qorumaq üçün fəaliyyət göstərən Bərabərlik Keşikçiləri Hərəkatını-(GEM) təsis etdi.


“Fərqli insanların fərqli mədəniyyətləri var. Suriyanın suriyalı kimliyi var və əhalisinin əksəriyyəti müsəlmandır”.
Qeyd edək ki, bu ilin sentyabrında Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanun layihəsini sonuncu oxunuşda qəbul edib. Ölkə prezidenti qanun layihəsini imzaladıqdan sonra LGBT-nin reklamı, təbliği Gürcüstanda qadağan olunacağı nəzərdə tutuldu. Təəssüf ki, Azərbaycanda isə LGBT nümayəndələri ilə bağlı belə bir qanun yoxdur.

 Əntiqə Rəşid