LGBT-yə qucaq açan dünya: Əxlaqsızlıq, xəstəlik yoxsa məqsədli plan ?

Çoxunuz bilirsiniz, iyulun 3-də Bakıda keçirilən "Avro-2020”nin 1/4 final mərhələsində Çexiya – Danimarka matçı keçirildi. Qənatbəxş bir maç da gedirdi. Bura qədər hər şey yaxşı. Amma qəflətən danimarkalı azarkeşlərdən biri harasındasa gizlədib stadiona gətirdiyi və qaldırdığı LGBT (lesbiyan, gey, biseksuallar təşkilatı) bayrağı aəksər hissəsinin qəzəbinə səbəb oldu.
Adalet.az xəbər verir ki, stadionda olanlardan biri bildirir ki, Onlar danimarkalı bayraq qaldıranı haqlı bilmədilər və hətta ona özləri cəza verməyi düşünənlərdə oldu. Adını yazmamağı xahiş edən yerli azarkeş Azərbaycan Respublikasının DİN işçilərinin vaxtında yetişdiyini, danimarkalının əlindən o “üzüqara” bayrağı aldığını və geciksəydilər”qanqaraçılıq” olacağını vurğuladı:”Adama deyərlər, məqsədli deyilsənsə, Bakıdakı geyləri və lezbiyanları müdafiə etmirsənsə, niyə futbol oynayan tərəflərin deyil LGBT-nin bayrağını qaldırırsan? Məncə, sağ olsun polislərimiz, çox düzgün hərəkət edərək, məsələni yoluna qoydu.
Əxlaqsızlıq?
İddiaya görə hələ dinlər yaranmamışdan əvvəl də homoseksualizm olub. Bu antik Yunan və Roma mədəniyyətindən gələn ənənədir. Hətta məlumatlata görə
Pompey, Roma İmperiyası, 79-cu il - Pompey şəhəri 2000 min il əvvəl Vezuvi vulkanının ətəklərində mövcud olub. 79-cu il 24 avqust tarixində vulkan püskürməsi nəticəsində şəhər qaynar lava altında qalaraq məhv olub. Tarixin gördüyü ən qəddar və ən pozğun hökmdarlarından biri Caligula … Hətta bəzilərinə görə Pompei də, Sodom və Gomore kimi Allah tərəfindən cəzalandırılan şəhərlərdən biridir. Şəhərin "ədəbsizliyə" düşkünlüyü səbəbiylə tarixdən silindiyinə inanc çox böyükdür. Xüsusən də, bu şəhərdə ən çox yayılan homoseksuallığın adi hala çevrilməsiymiş.
Bu vulkandan çox sonra nazil olan “Qurani-Kərim” də Lut qövmündən azğın bir tayfa kimi bəhs olunur və bununla bağlı ayələr var: “Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz?”
“Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!”
Dini qaynaqlara görə, bu tayfa homoseksuallıq kimi çirkin əməllə məşğul olub. Onlar hətta öz qəsəbələrinə qonaq gələn insanlara da əzab verir, lüt soyundurur, təcavüz edirdilər. Bu qövmün kişiləri qadınlarından əl çəkib kişilərə meyl edirdilər. Lut peyğəmbər onları dəfələrlə doğru yola dəvət etsə də bütün çağırışları cavabsız qalır və sonda Allah onları dəhşətli ölümlə cəzalandırır”
İslami təfəkkürdə “fahişəlik” anlayışı bir qadının evlilik xaricində başda pul olmaqla hər hansı bir qarşılıq gözləyərək, vücudunu bir başqa kişiyə satması mənasına gəlir. Amma bu terminin çox daha geniş mənada işləndiyi bildirilir və kişinin kişi ilə, qadının qadınla cinsi münasibətə girməsi də bu terminə daxil edilir.
“Qurani-Kərim”in “Məaric” surəsinin 29,30 və 31-ci ayələrində və “Nur” surəsinin 6 və 7-ci ayələrində evli olanların evli olduqları insan xaricində yaşadığı bütün cinsi əlaqələrin haram olduğu vurğulanır.
Xəstəlik?
1963-cü ildə Nyu York Tibb Akademiyasının İctimai Səhiyyə Komitəsi tədqiqat tsiklini başa çatdırdı və belə bir qorxunc rəy verdi:
“Homoseksuallıq həqiqətən də bir xəstəlikdir. Homoseksual normal heteroseksual əlaqələr qurmaqda aciz və emosional sahədə pozğunluqları olan fərddir.”
Elə həmin vaxt da tədqiqatçıları xəbərdar etdilər ki, bir sıra homoseksuallar müdafiə mövqeyindən kənara çıxırlar və sübut etməyə başlayırlar ki, belə pozğunluq arzuolunan, nəcib və üstün həyat tərzidir.
Həkimlərin sosial proqnozları tam təsdiq edildi. Geylərin hüquqları uğrunda hərəkatın fəallarının həlledici hücumu 1971-ci ildə baş verib. Amerikanın Psixiatrik Assosiasiyasının (APA) iclası zala daxil olan nümayişçilər tərəfindən dağıdıldı.
Psixiatriya – düşmən təhsilidir. Psixiatriya bizi amansız müharibə aparmağa vadar edir. Siz bunu sizə qarşı müharibə elanı hesab edə bilərsiz… Sizin bizim üzərimizdəki hakimiyyətinizi tamamilə rədd edirik” – deyə hücumçular bildirmişdilər.
Assosiasiya çox tez güzəştə getdi: “homoseksuallıq” diaqnozu xəstəlik kimi yalnız bir halda — qeyri-ənənəvi oriyentasiyalı pasientin “əzabları gözəgörünən olduqda” qəbuledilən hesab olunur.
Beləliklə də psixoanalizin baza prinsipi pozuldu. Özünü narahat hiss edən nevroloji, yaxud da psixoloji problemləri olan adamlar özlərinin xəstə adlandırılmasını qəbul edə bilmədilər. Onlar Assosiasiyanı məcbur etdilər ki, onları xəstə deyil, qeyri-ənənəvi 3-cü cinsin nümayəndələri kimi qəbul etsinlər.
1973-cü ildə “homoseksualizm” və “homoseksuallıq” sözləri psixiatrik xəstəliklər siyahısından yoxa çıxdı. Bu sözlərin işlədilməsi cinsi ayrı-seçkilik elan edildi. Özü də bu addım hər hansı tədqiqat işləri və elmi araşdırmalar aparılmadan edildi.
Artıq homoseksualizm Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəliklər sırasından çıxarılıb. Beləliklə homoseksualizm xəstəlik sayılmamağa başlayıb. Bildirilir ki, homoseksualizm təbiətin bir hissəsidir və digər canlılar aləmində də mövcuddur.
homoseksuallar kino, musiqi, idman dünyasında bir çoxları üçün iri məbləğdə pullar qazanmaq vasitəsidir. Hollivudun başında durduğu gey təbliğatı havadan qaynaqlanmır. Elm sübut edib ki, bir çox xəstəliklər və dərmanlar ona görə mövcuddur ki, dərman şirkətləri bundan pul qazanmaq istəyir. Geylik də eynilə belədir, ondan pul qazanmaq istəyənlərin reklam etdiyi "xəstəlik".
Məqsədli plan?
Bəlkədə bir çoxu xatırlayar:ölkəmizdə Azad LGBT təşkilatı fəaliyyət göstərənki, onun da əsasını intihar etmiş İsa Şahmarlı 2012-ci ildə qoyub. Xatırladaq ki, 2014-cü ildə İsa Şahmarlı öz “Facebook” səhifəsində “Bu dünya mənim rənglərimi daşıya biləcək qədər güclü deyil” yazaraq öz ofisində intihar etmişdi. O, özünü rəngarəng “qürür bayrağı” ilə asmışdı.
İsa Şahmarlı ölümündən bir müddət əvvəl mətbuata verdiyi müsahibədə homoseksual olduğu üçün yaxınları tərəfindən və universitetdə təzyiqlərə məruz qaldığını bildirmişdi. Ailəsi də ondan imtina etmişdi. Ən qəribə bu idi ki, onun yaşadığı kəndin qəbiristanlığında dəfn olunmasına qarşı çıxmışdılar. Ailəsi ona heç bir yas mərasimi verməmiş, məzarı üstə molla dua oxumamışdı. Yəni, onun dəfni adi heyvanın dəfnindən fərqlənməmiş, cənazə qüsulu belə verilməmişdi.
Artıq heç kimə sirr deyil ki, Azərbaycanda ailə institutu dağıdılır, milli dəyərlərə ziddi təbliğat güclənib, ölkəyə LGBT bayrağı altında bir kampaniya idxal olunub və sürətlə inkişaf edir. Beynəlxalq təşkilatlar LGBT-yə dəstək verirlər. Sosial şəbəkələrin Azərbaycan seqmentində bu mövzular çox müzakirə edilir. Maraqlıdır ki, cəmiyyətimizdə getdikcə homoseksualların sırası genişlənməkdədir. Əvvəllər çox mühafizəkarlıqla qarşılaşan cinsi azlıqlar, bu gün açıq-aşkar və bər-bəzəkdə küçələrdə gəzişə bilirlər. Cəmiyyətimiz getdikcə bu məsələyə tolerant yanaşmağa başlayıb.
Zaman-zaman müəmmalı projelərə qoşulan yazar Günel Mövlud da məqaləsində bəyan edib ki, LGBT və feminizm ölkədə yeni müxalif avanqarddır.
Stilist Samir Əliyev, bu, sevgidən doğan haldır: “Həyatda insanlar müxtəlif olur. Bu sevgidir. Kimi qız, kimisi isə oğlan sevir. Burada nə xəstəlik və ya əxlaqsızlıq ola bilər? Homoseksuallıq sevgidən irəli gəlir. Geylər qız da sevə bilər, oğlan da. Bu hal tək insanlarda deyil, heyvanlarda da olur. Onu deyə bilərəm ki, dünyada istər dost, istərsə də rəfiqə kimi ən yaxşı insanlar mavilərdir”.
Eurovision-2011 musiqi müsabiqəsinin qalibi, müğənni Eldar Qasımov LGBT-ni açıq şəkildə dəstəkləyən ilk ictimai xadimdir: 'Azərbaycanlıların avropalılara qərəzli münasibəti var. Elə bilirlər ki, Avropa əxlaqsızdır, ora ancaq homoseksuallardan ibarətdir. Onlarda insandır. Öz həyat tərzləri var. Necə istəyirlər, yaşayırlar. Mən onlara pis baxmıram". Hətta O, LGBT qürur ayında (iyun) üzərində göyqurşağı effekti olan yarıçılpaq fotosunu paylaşmışdı.
Şəxsən mən düşünürəm ki, cəmiyyət olaraq, əxlaqa, adət və ənənələrə dəyər verən xalq olaraq böyük bir təhlükə ilə üz-üzəyik.Mənəviyyatımız terrora məruz qalıb.
Siz necə düşünürsünüz homoseksuallıq əxlaqsızlıqdı, xəstəlikdi, yaxud məqsədli plan?
Əntiqə Rəşid