Litva Ukraynaya yeni hərbi yardım partiyası göndərib

Litva Ukrayna üçün yük maşınları, termal kameralar və digər hərbi avadanlıqdan ibarət yeni hərbi yardım partiyası göndərib.
Adalet.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yardım paketinin dəyəri "Ramştayn" formatında keçirilən son görüşdə elan edildiyi kimi, 80 milyon avro təşkil edir.
"Litvanın hazırladığı 100 milyon avro dəyərində dəstək paketi Ukraynanın ən təcili ehtiyaclarını qarşılayır. Bu paket nəzərə alınmaqla, Litvanın göstərdiyi hərbi yardımın məbləği 1 milyard avroya çatacaq", - məlumatda qeyd olunub.
Digər Xəbərlər

FTB-nin yeni direktoru: Bu hindli ABŞ təhlükəsizliyinə cavabdehdir

Türkiyə ilə danışıqların nəticə verəcəyinə ümid edirik

Tramp yeni saziş təklif etdi, Zelenski razılaşa bilər
