Los Anceles şəhərinin mənzərəsi: 6 gündə nələr oldu?
jpg-1736754824.jpg)
7 yanvarda başlayan meşə yanğınları ilə əlaqədar okeanın o üzündən üzücü xəbərlər gəlməkdədir.
Kaliforniya qubernatoru Gevin Nyusom dediyi kimi, Los-Ancelesi bürüyən meşə yanğınları ABŞ tarixində ən dəhşətli təbii fəlakətdir. Məsələn, Los-Ancelesdəki meşə yanğınları səbəbindən əvvəl 330 min insan təxliyə olunsa da, ötən gün daha 85 min sakinə təxliyə xəbərdarlığı edilib.
ABŞ mediasına rəsmilərdən sızan məlumatlara görə, vilayətin 37 min hektardan çox ərazisi külə dönüb. Qarşısıalınmaz yanğınlar səbəbi ilə ölənlərin sayında da artım var. 24 nəfərin öldüyü dəqiqdir. Eyni zamanda 13 nəfərin itkin düşdüyü də məlum olub.

Hətta yanğın baş verən ərazilərdə vəziyyət o qədər kritikdir ki, qəzalar da qaçılmaz olub . Beləki, ayın 10-da Kaliforniyada yanğınsöndürən təyyarə yanğınla mübarizə apararkən pilotsuz uçuş aparatı (PUA) ilə toqquşub.
Bildirilib ki, Kaliforniya yanğınsöndürənlərində cəmi 2 ədəd “Canadair CL-415 Super Scooper” təyyarəsi olub və toqquşma nəticəsində də onlardan biri sıradan çıxıb.
Yanğın elə bir dəhşətlə davam edir ki, ABŞ Prezidenti Co Bayden dediyi kimdir:” ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhəri meşə yanğınları nəticəsində o qədər böyük ziyan görüb ki, onu müharibə zonası ilə müqayisə etmək olar.
Los-Anceles Yanğınsöndürmə İdarəsinin rəisi Kristin Kroulinin sözlərinə görə, bazar günü şimal-şərq küləklərinin sürəti 50 mil/saatdan çox olduğu üçün bölgə üçün "qırmızı bayraq" xəbərdarlığı qüvvədədir. Xəbərdarlıq çərşənbə günü yerli vaxtla saat 18:00-a qədər qüvvədə qalacaq, çünki yaxın günlərdə Santa-Ana küləyinin də güclənəcəyi gözlənilir.
Bu təbii hava fenomeni bu il xüsusilə geniş yayılmışdır, küləklər bəzən qasırğa gücünə çatır, Los-Anceles əyalətinin yanğınsöndürmə rəisi Entoni Maroneyin sözlərinə görə, bu küləklər aşağı rütubət və çox quru bitki örtüyü ilə birlikdə "Los Anceles bölgəsi üçün təhlükə olaraq qalır" .
Yeri gəlmişkən,yanğınlar zamanı 50-dən çox amerikalı məşhurun o cümlədən dünyanın bir çox ölkələrinin məşhur vətəndaşlarının Los- Anceles şəhərindəki bvillaları yanıb kül oldu.
Ermənilərə yanğında dəyən zərər
Ermənistanın sabiq ombudsmanı Arman Tatoyan ermənilərin bu yanğınlardan ziyan çəkdiyi ilə bağlı açıqlama verib:”ABŞ-da Los-Anceles yanğınlarının nəticələri həqiqətən fəlakətlidir: onlarla qurban, yüzlərlə yaralı, minlərlə evsiz insan.Yanğınlar soydaşlarımıza böyük ziyan vurub, təkcə insanların evlərini deyil, həm də erməni icmasının binalarını dağıdıb. ABŞ-ın Los-Anceles şəhərinin sakinlərinə, xüsusən də soydaşlarımıza başsağlığı veririk.Dua edirik ki, fəlakət ən qısa zamanda dayandırılsın”.
Qeyd edək ki, yanğının ilk günü “Sahak-Mesrop Ai Kristonya” erməni məktəbinin binası da kül olmuşdu.
Əntiqə Rəşid
Digər Xəbərlər
27 Oktyabr 2025 17:52 Vilayət Eyvazov sıra baxışı keçirdi - 14 nəfər Vətən müharibəsi iştirakçısı polisə qəbul olundu - VİDEO
27 Oktyabr 2025 17:50 Komitə sədri: Bəzi bölgələrdə və ucqar kəndlərdə təhsilə çıxışda müəyyən çətinliklər var
27 Oktyabr 2025 17:29 Hesablama Palatası "Azəristiliktəchizat"da nöqsanlar aşkarladı
27 Oktyabr 2025 14:08 “Ətə möhür vurmaq üçün pul alınır” – Ekspert AQTA-ni ittiham etdi
27 Oktyabr 2025 11:40 Daha 16 itkin-şəhid dəfn olunacaq
27 Oktyabr 2025 11:16 Muxtar Babayev: UNEP Xəzərdə dayazlaşma ilə bağlı araşdırma layihəsini Azərbaycana təqdim edib
27 Oktyabr 2025 10:17 Ramiz Mehdiyevin həyat yoldaşı ilə bağlı daha bir fakt üzə çıxdı - FACİƏDİR
25 Oktyabr 2025 13:45 

Bakı -°C 
jpg-1736754692.jpg)
jpg-1736754700.jpg)









