Lukaşenko qiymət artımını qadağan etdi - VİDEO
Belarus prezidenti Aleksandr Lukaşenko oktyabrın 6-dan ölkədə qiymət artımına tam qadağa qoyulması barədə göstəriş verib.
Adalet.az xəbər verir ki, o öz qərarını “həddən artıq” inflyasiya ilə əsaslandırıb. İstisnalar yalnız antiinhisar tənzimləmə və ticarət nazirinin və ya rayon icraiyyə komitəsinin sədrinin fərdi qərarı ilə mümkündür.
"Oktyabrın 6-dan bütün qiymət artımları qadağandır. Qadağan edilib! Bu gündən. Sabah yox, bu gündən. Bir gecədə qiymət artımının qarşısını almaq üçün. Ona görə də bu gündən etibarən qiymət artımı qadağandır. Allah eləməsin ki, kimsə hər hansı uçotu, hesablamaları, yenidən hesablamaları geri tarixdə versin", - Lukaşenko hökumətin iqtisadi blokla görüşündə bildirib.
O, həmçinin ölkədə əmtəə qıtlığının olmayacağını, mağaza rəflərində geniş çeşiddə keyfiyyətli məhsulların qalacağına söz verib. Belarus lideri məmurlara “sosial əhəmiyyətli məhsullar” ifadəsindən imtina etməyi tövsiyə edərək, belə bir fərqin artıq olmadığını bəyan edib və yüksək qiymətlərə görə məsuliyyət daşımaları barədə xəbərdarlıq edib.
Prezident vurğulayıb ki, o, bu qərarı vermək məcburiyyətində qalıb, çünki ölkədə qiymətlər “bu gün həddən artıq yüksəkdir” və “tavan həddinə çatıb”. O, nazir və qubernatorlar tərəfindən nəzarət ediləcək istisnaların mümkünlüyünə icazə verib.
Digər Xəbərlər
08 Noyabr 2025 11:50
"Trampın hərəkətləri bizim üçün rüsvayçılıqdır" - Bayden
08 Noyabr 2025 09:14
ABŞ G20 sammitində iştirak etməyəcək
07 Noyabr 2025 16:45
Rusiyalı iş adamı arvadı ilə birgə öldürüldü
07 Noyabr 2025 11:06
İranda ardıcıl iki zəlzələ oldu
07 Noyabr 2025 08:37
Daha bir ölkə “İbrahim sazişləri”nə qoşulur
07 Noyabr 2025 08:33
Azərbaycan Ordusunun NATO standartlarına keçməsinə Rusiyadan reaksiya
07 Noyabr 2025 08:28
ABŞ Suriyaya qoşunlarını yerləşdirir? - RƏSMİ AÇIQLAMA
07 Noyabr 2025 08:26


Bakı -°C

