05 Mart 2025 14:30
231
DÜNYA

Makron fransızlara təcili müraciət edəcək: Mövzu Ukraynadır?

Fransa prezidenti Emmanuel Makron xalqına müraciət edəcəyini açıqlayıb.

Adalet.az xəbər verir ki, Makron müraciətinə  yerli vaxtla saat 20:00-da  başlayacaq. O sosial şəbəkə hesabında yazır: “Əziz həmvətənlərim, böyük qeyri-müəyyənliyin hökm sürdüyü bu vaxtda, dünyanın ən böyük problemlərlə üzləşdiyi bir vaxtda mən bir mesaj verəcəyəm”.
Makronun çıxışı Bakı vaxtı ilə saat 22:00 radələrində baş tutacaq.

Qeyd edək ki, nüfuzlu “Deyli Meyl” diplomatik mənbələrə istinadlaxəbər paylaşıb. Xəbərdə deyilir ki, Böyük Britaniya Baş naziri Keyr Starmer və Fransa Prezidenti Emmanuel Makron Ukraynada sülh planını təqdim etmək üçün gələn həftə Vladimir Zelenski ilə birlikdə Vaşinqtona getməyə hazırdırlar:"Starmer və Makron Vaşinqtona getməyə hazırdırlar. Zelenski gələn həftə ABŞ Prezidenti Donald Trampa planla bağlı vahid mövqe təqdim edəcək”.
Güman edilir ki, mövzu bununla əlaqədardır.

Əntiqə Rəşid