Makron Ukraynada 40 min hərbçidən ibarət sülhməramlı missiyanın yerləşdirilməsini təklif edir

Fransa Prezidenti Emmanuel Makron atəşkəs zamanı Ukraynada 40 minə yaxın hərbçinin yerləşdirilməsini planlaşdırır.
Adalet.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” nəşri missiyanın göndərilməsi layihəsi üzərində işləyən Fransa Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Eli Tenenbaumа istinadən yazır.
Məqalədə qeyd olunur ki, Fransa Ukraynaya sülhməramlı missiya göndərməyi təklif edir. Bu missiya Rusiya tərəfinin gələcəkdə mümkün atəşkəsi və müəyyən edilmiş demarkasiya xəttini pozmayacağına zəmanət verəcək. Makron bu planı Varşavaya səfəri zamanı müzakirə edəcək.
"Sülhməramlı missiya beş briqadadan - təxminən 40 min əsgərdən ibarət ola bilər. Onlardan birinə Polşa komandanlıq edə bilər", - ekspert bildirib.
Dekabrda Avropa İttifaqı diplomatiyasının yeni rəhbəri Kaya Kallas mümkün atəşkəs zamanı Avropa ölkələrinin Ukraynaya qoşun göndərə biləcəyini istisna etməyib.
Digər Xəbərlər

Kreml insanları ayrı-seçkilik etmədən öldürür - Leyen

Türkiyənin qərbində güclü zəlzələ baş verdi

Antalyanın polis rəisi HƏBS OLUNDU

Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək

Ukrayna Müdafiə Nazirliyi: Rusiya Avropaya hücum edə bilər

CNN: Tramp və Si Cinpin Cənubi Koreyada görüşə bilər

Paşinyanın təyyarəsi ilk dəfə Azərbaycan hava məkanından keçib
